Türkiyə Super Liqasının 2-ci turunda “Alanyaspor” evdə “Beşiktaş”ı 1:0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, qarşılaşmada yaşanan mübahisəli epizodlar “Beşiktaş”ın etirazına səbəb olub.

Komandanın futbolçusu Leandro Trossard bildirib ki, rəqib ona şillə vurub və həmin epizodda qırmızı vərəqə göstərilməli idi.

“VAR olduğu halda qərar dəyişməli idi. Məncə, rəqib mənə şillə vurdu. Bu, açıq-aşkar qırmızı vərəqə idi”, - deyə Trossard bildirib.

Orkun Kökçü isə komandanın məğlubiyyətdən dərs çıxaracağını və qarşıdakı Avropa oyununa daha inamlı çıxmaq istədiklərini deyib.