“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Alejandro Baldeni transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, ispan futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır və onun La Liqadakı ilk matçı üçün heyətə daxil edilməməsi transfer ehtimallarını artırıb. Klubun Baldenin mümkün satışına açıq olduğu və “Mançester Yunayted”in futbolçunu müdafiənin sol cinahı üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirdiyi bildirilir. Digər tərəfdən, Mark Kasadonun da “Barselona”dan ayrılmaq ehtimalı gündəmdədir. 21 yaşlı yarımmüdafiəçinin İngiltərə və Səudiyyə Ərəbistanından təkliflər aldığı və Avropada karyerasını davam etdirməyə üstünlük verdiyi qeyd olunur.