“Real Madrid”in müdafiəçisi Raul Asensio klubdan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, iddialara görə, baş məşqçi Joze Mourinyo ispaniyalı futbolçunu gələcək planlarında əsas fiqur kimi görmür və onun başqa klub variantlarını nəzərdən keçirməsini istəyir. Buna baxmayaraq, Asensionun Madrid təmsilçisindən ayrılmaq niyyətində olmadığı bildirilir. Müdafiəçi zədəsini sağaltdıqdan sonra yenidən heyətə düşəcəyinə və Mourinyonun qərarını dəyişə biləcəyinə ümid edir. Məlumata görə, futbolçunun klubda qalmaq istəyinin səbəblərindən biri də maliyyə məsələsidir.

Asensio “Real Madrid”dən ayrılacağı təqdirdə hazırkı maaşına yaxın müqavilə şərtləri əldə etməyin çətin olacağını düşünür.