Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda qısa müddət ərzində ardıcıl zəlzələlər qeydə alınıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afət və Fövqəladə Halların İdarə Olunması Başqanlığının (AFAD) məlumatına görə, saat 21:40-dan etibarən təxminən iki saat ərzində bölgədə 8 zəlzələ baş verib.

Maqnitudası 1,3-4,2 arasında dəyişən təkanlar əhali arasında qısamüddətli təşvişə səbəb olub.

AFAD əməkdaşlarının apardığı ilkin araşdırmalara əsasən, zəlzələlər nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb.