Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib.
Metbuat.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Putin Rusiya-Türkiyə iqtisadi tərəfdaşlığının yüksək səviyyədə qaldığını bildirib.
Rusiya lideri qeyd edib ki, 2025-ci ildə Türkiyəyə səfər edən Rusiya vətəndaşlarının sayı təxminən 7 milyon nəfərə çatıb. O, həmçinin Rusiyanın “Rosatom” şirkətinin Türkiyədə inşa etdiyi Akkuyu Atom Elektrik Stansiyasının ilk enerji blokunun 2026-cı ildə fəaliyyətə başlayacağına əminliyini ifadə edib.
Putin Türkiyəni Rusiyanın xarici siyasət və iqtisadi sahələrdə əsas tərəfdaşlarından biri kimi qiymətləndirib.
Ərdoğan isə Ankara ilə Moskva arasındakı münasibətlərin əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyəyə çatdığını vurğulayıb. Türkiyə Prezidenti Akkuyu AES layihəsinin artıq istismara verilməsinin son mərhələsində olduğunu bildirib.
Ərdoğan Putinə stansiyanın birgə şəkildə istismara verilməsini təklif edib.