“Trabzonspor” Fatih Tekkenin istefasından sonra yeni baş məşqçi axtarışına başlayıb.
Metbuat.az xəbər verir ki, Türkiyə klubunun rəhbərliyi bir neçə yerli və xarici mütəxəssisin namizədliyini nəzərdən keçirir. Məlumata görə, namizədlər arasında “Roma”da Mohamed Salah ilə birlikdə çalışmış Rudi Qarsiyanın da adı var. Bildirilir ki, yerli məşqçilər arasında Abdullah Avcının namizədliyi daha güclü variantlardan biri hesab olunur. Portuqaliyalı mütəxəssis Vitor Pereyra da “Trabzonspor”un mümkün baş məşqçiləri sırasında yer alıb. Məlumata görə, Serjiu Konseysao və Şenol Günəş də vakant post üçün nəzərdən keçirilən digər məşqçilərdir.
Bu müddətdə komandanın “Gənclərbirliyi” ilə oyuna keçmiş baş məşqçilərdən Hüseyn Çimşirin rəhbərliyi altında hazırlaşacağı bildirilib.