Süni intellekt platformalarının media məhsullarını birbaşa istifadəçilərə təqdim etməsi media qurumlarının auditoriya və reklam gəlirlərinin azalmasına səbəb ola bilər.

Metbuat.az-ın məlumatına görə, bunu media eksperti Müşfiq Ələsgərli “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” mövzusunda video-müsahibədə deyib.

Onun sözlərinə görə, media qurumları informasiya hazırlamaq üçün jurnalist, texniki avadanlıq və digər resurslara ciddi maliyyə vəsaiti sərf edir.

“Bu gün əgər mənim yaratdığım məhsul mənim saytımda deyil, hansısa çat botunun və digər süni intellekt modellərinin platformasında auditoriyaya çatdırılırsa, auditoriya məni yox, artıq süni intellekt modellərini və platformalarını izləyir. O məhsulu yaradan isə baxışsız, auditoriyasız qalır”, - deyə ekspert bildirib.

M.Ələsgərli qeyd edib ki, bunun nəticəsində media qurumlarının reklam və digər maliyyə gəlirləri də azala bilər.

Ətraflı videoda: