"Neftçi" komandası qapıçısı Kenan Piriç ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş bosniya və herseqovinalı qapıçı Bakı təmsilçisinin heyətində 29 rəsmi oyun keçirib.