Türk musiqisinin məşhur simalarından Sibel Canla özündən 10 yaş kiçik iş adamı Emir Sarıgüllə evlənməyə hazırlaşır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək dəbdəbəli toy mərasimində evlənəcəyi bildirilir.

Onların evlilik qərarı verdiyi və hazırlıqlara başladığı bildirilir.

Qeyd edək ki, Sibel Can isə üçüncü dəfə ailə qurmağa hazırlaşır.