İran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin bərpası üçün ABŞ qarşısında şərt irəli sürüb.
Metbuat.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin mövqeyini açıqlayaraq bildirib ki, Vaşinqton İran limanlarına tətbiq edilən blokadanı aradan qaldırmalı və ölkəyə qarşı hərbi əməliyyatları dayandırmalıdır.
Pezeşkianın sözlərinə görə, yalnız bu şərtlərin yerinə yetirilməsindən sonra Hörmüz boğazında dəniz nəqliyyatının əvvəlki qaydada hərəkətinə imkan verilə bilər.
İran lideri ABŞ-nin hərbi yolla qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini və bundan sonra təzyiq vasitəsi kimi blokadaya əl atdığını iddia edib.
Pezeşkian əlavə edib ki, Tehran mövcud təzyiqlər qarşısında geri çəkilmək niyyətində deyil. O vurğulayıb ki, dəniz yollarının məhdudlaşdırılması İranı təslim olmağa məcbur etməyəcək.