Türkiyədə gecə yarısından etibarən benzinin hər litrinin qiyməti 3,20 lirə artırılıb. Yeni artımdan sonra benzinin qiyməti ölkənin iri şəhərlərində 80 lirə həddini keçib.

Metbuat.az xəbər verir ki, bahalaşmanın əsas səbəbləri sırasında Yaxın Şərqdə artan gərginlik və dünyanın əsas enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazında gəmi daşımalarının ciddi şəkildə məhdudlaşması göstərilir. Neft tədarükündə yaranan problemlər beynəlxalq bazarlarda xam neftin qiymətinin yüksəlməsinə səbəb olub.

12 sentyabrdan qüvvəyə minən 3,20 lirəlik artımdan sonra benzinin 1 litrinin qiyməti İstanbulda 80,12 lirə, Ankarada 81,25 lirə, İzmirdə isə 81,52 lirə təşkil edib. Şərq bölgələrində isə qiymət 82,88 lirəyədək yüksəlib.

Benzinin 1 litrinin qiymətinin 80 lirəni keçməsi Türkiyədə yanacaq bazarında yeni rekord kimi qeydə alınıb.