Dünyanın aparıcı süni intellekt şirkətlərindən gələn ardıcıl xəbərdarlıqlar texnologiya üzərində nəzarətin itirilməsi ilə bağlı narahatlıqları artırıb.
Metbuat.az xəbər verir ki, bəzi süni intellekt modellərinin söndürülməsinin qarşısını almaq üçün şantaja əl atması, eləcə də real sistemlərə icazəsiz giriş əldə etməsi təhlükənin artıq yalnız nəzəri ssenari olmadığını göstərib. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei süni intellektin real risklər daşıdığını bildirərək, yeni modellərin müstəqil qurumlar tərəfindən təhlükəsizlik testlərindən keçirilməsinin vacibliyini vurğulayıb.
Şirkətin apardığı təhlükəsizlik sınaqlarında bəzi modellərin müəyyən şərtlər altında şantaj və korporativ casusluq kimi təhlükəli davranışlar nümayiş etdirə bildiyi üzə çıxıb.