Yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərslik çap olunaraq ölkə üzrə məktəblərə çatdırılıb.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazirin təqdim etdiyi məlumata əsasən, 49 adda dərsliyin məzmunu müasir standartlar nəzərə alınmaqla təkmilləşdirilib və ya yenilənib.
Bununla yanaşı, 325 adda dərsliyin çapı yekunlaşdırılıb.
Ümumilikdə isə 7 milyondan çox nüsxə dərslik ölkə üzrə məktəblərə çatdırılıb.
Bildirilib ki, yenilənmə dərslikdə qiymətləndirmə tapşırıqlarının yerləşdirilməsi və müasir pedaqoji prinsiplər əsasında aparılıb.