Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 5 maqnitudalı zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" hesabında məlumat yayıb.
Qeyd olunub ki, Adana vilayətinin Saimbeyli rayonunda baş verən yeraltı təkan Adana, Kahramanmaraş, Osmaniye, Kayseri və Qaziantep vilayətlərində də hiss edilib.