Avropa terrorçu izinə düşüb

Avropa terrorçu izinə düşüb
15:36 20 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) müsəlman ölkələri ilə yeni anti-terror layihələrinə başlayacaq. Bu barədə Avropa rəsmiləri Brüsseldə terrorizmlə mübarizəyə dair müzakirələr zamanı razılığa gəliblər.

ANS PRESS-in məlumatına görə, təşkilat Fransada "Charli Hebdo" qəzetinə hücum və Belçikada qarşıdurmalardan sonra kəşfiyyat məlumatlarını qarşılıqlı olaraq paylaşacaq.

Avropa İttifaqının xarici işlər nazirləri ötən gün Brüsseldə Ərəb Liqasının baş katibi Nabil Elarabi ilə görüşüb. Görüşdən sonra Avropa İttifaqının xarici işlər şöbəsinin rəhbəri Federika Mogerini deyib ki, qurum şübhəli terrorçular və mümkün hücumlarla bağlı Ərəb dünyasının, Afrika və Asiyanın bir sıra ölkələri ilə məlumatları bölüşəcək.

Britaniyanın xarici işlər naziri Filip Hammond Avropa ölkələrinin qitənin təhlükəsizliyinin təmin edilməsi üçün işləməyə hazır olduğunu deyib: "Potensial terrorçuların izinə düşmək üçün daha səmərəli yolların tapılmasına çalışırıq."
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR