Türkiyədə tanınmış sosial media fenomeni Dilan Polat "Prezidenti təhqir etmə" ittihamı ilə saxlanılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ifadə verməsi üçün məhkəmə binasına gətirilib.

İstintaqı hansı Baş Prokurorluğun apardığı, habelə ittihama səbəb olan paylaşımın və ya işlədilən ifadələrin məzmunu barədə hələlik rəsmi açıqlama verilməyib.