"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.

Metbuat.ax xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.

22.16

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında oyunda hesab açılıb.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 49-cu dəqiqəsində Bakı klubunun heyətində Kahim Parris fərqlənib – 1:0.

21:57

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında Bakıda keçirilən oyunda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb – 0:0.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

21:38

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında oyunun ilk hissəsi başa çatıb.Komandalar Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb – 0:0.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

20.50

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci turun oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.