ABŞ hərbi təyyarəsi Hörmüz boğazında baş verən insidentdən sonra İranın Qeşm adasındakı zenit-raket qurğusuna zərbə endirib.

Metbuat.az xəbər verir ki, “Axios” jurnalisti Barak Ravid bu barədə amerikalı rəsmiyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, noyabrın 3-nə keçən gecə SEPAH Qeşm adasından Hörmüz boğazında olan ABŞ təyyarəsinə raket atıb. Buna cavab olaraq Amerika qırıcısı raketin buraxıldığı zenit-raket qurğusunu məhv edib.

Amerikalı rəsmi əməliyyatı özünümüdafiə tədbiri kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” ABŞ-nin Qeşm adasına zərbə endirdiyi barədə məlumat yayıb.