1,5 milyonluq mirasını itə vəsiyyət etdi

1,5 milyonluq mirasını itə vəsiyyət etdi
18:52 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Böyük eşqlə sevdiyim itimin mən öləndən sonra da lüks həyat yaşamasını istəyirəm"
Amerikanın Nyu-York şəhərində bir qadın 1,5 milyon dollarlıq sərvətini övladlarına deyil, iti Bella Miaya vəsiyyət edəcəyini bildirib.

Anspress-in məlumatına görə, 60 yaşlı qadın bütün cəvahiratını, bankdakı pulunu və bağ evini 3 yaşlı itinə bağışlayacaq. Səbəbi isə odur ki, qadın "böyük eşqlə sevdiyi itinin o, öləndən sonra da lüks həyat yaşamasını istəyir".

"Oğlanlarım işdə və həyatda kifayət qədər müvəffəqiyyət qazanıblar, mənim puluma ehtiyacları yoxdur. Oğlanlarım bu itin məni və ərimi (82 yaş) necə xoşbəxt etdiyini də bilirlər. Mən hər iki oğluma onları vəsiyyətimdən çıxardığımı deyəndə bunu problem etmədilər", - deyən mühasib itinin it geyimləri ilə dolu otağının da olduğunu bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR