Bakı, 14 iyun, AZƏRTAC
İyulun 27-də və 30-da görkəmli bəstəkar Arnold Şönberqin “İntizar” monodramı Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin redaktəsində Xorvatiyada Dubrovnik Yay Festivalında səsləndiriləcək.
AZƏRTAC bəstəkar Fərəc Qarayevin rəsmi saytına istinadla xəbər verir ki, əsəri Xorvatiyanın “Cantus” ansamblı təqdim edəcək.
Qeyd edək ki, Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı “İntizar” monodramını bəstəkar Fərəc Qarayev 2004-cü ildə instrumental ansambl və soprano üçün işləyib.