Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasından böyük hesablı qələbə

19:48 20 Yanvar 2015
138 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AzərTAc xəbər verir ki, qardaş ölkənin “Kundu Spor” komandası ilə qarşılaşan yığmamız böyük hesablı qələbə qazanıb – 8:0. Oyunda futbolçularımızdan Qara Qarayev və Səid İbadov dubl edib. Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov hərəyə bir dəfə fərqləniblər.
Oyundan əvvəl 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbərlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_17_yasadek_futbolchulardan_ibaret_yigmasindan_boyuk_hesabli_qelebe-826197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR