"Azərbaycanlılar I Avropa Oyunlarının açılışı ilə fəxr edə bilərlər".

ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Trend-ə açıqlamasında deyib.

O həmçinin bildirib ki, "Bu, Azərbaycanın unikal tarixi və mədəniyyətinin bir çox aspektini nümayiş etdirən heyrətamiz şou oldu".

Ceyms Uorlik ümid etdiyini bildirib ki, azarkeşlər Oyunların sonunadək idmanın yüksək səviyyəsi, qarşılıqlı hörmət və iştirakçıların dostluğundan zövq ala bilərlər.