Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz xəttinin (TANAP) tikinti layihəsi ilə bağlı ilk qaynaq işləri avqustda başlayacaq. Trend-in Türkiyənin “DHA” agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu “TEKFEN” inşaat şirkətinin direktoru Levent Kafkaslı deyib.

O bildirib ki, hazırda TANAP layihəsi ilə bağlı tikinti işləri üçün hər şey hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az