Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumları üçün İT mütəxəssislərinin seçimini aparacaq

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumları üçün İT mütəxəssislərinin seçimini aparacaq
10:06 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi müxtəlif dövlət qurumları üçün İT vakansiyaları üzrə kadrların seçimini həyata keçirəcək.
 
“ICTnews” elektron xəbər xidmətinin mərkəzə istinadən verdiyi məlumata görə, vakansiyaların əsas istiqamətlərinə informasiya təhlükəsizliyi, veb proqramlaşdırma, mobil proqramlaşdırma, “malware” analizi mütəxəssisi, sistem təhlükəsizliyi və administratorluğu daxildir.
 
Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 31-dək öz portfolio və CV-lərini “cert[at]cert[dot]gov[dot]az” ünvanına və ya “Facebook” səhifəsinə göndərə bilərlər. Müraciət edənin CV-si ilkin baxışdan keçərsə, işə qəbul üçün birinci müsabiqəyə dəvət olunacaq.
 
İlkin müsabiqə kompüter üzərində 25 sualdan ibarət test sualları vasitəsi ilə biliklərin, daha sonra isə CTF formatlı 4 mərhələdən ibarət tapşırıqların həll edilməsi ilə bacarıqların yoxlanmasından ibarət olacaq.
 
CAHANGİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR