Zoluşka haqqında deyilənlərin hər zaman nağıl olmadığı bəllidir. Nağıla oxşar talelərə zəmanəmizdə də kifayət qədər çox rast gəlinir. ANS PRESS kral ailəsinin üzvünə çevrilən 10 sadə qızı təqdim edir:

Karl Fillip və Sofiya - 2015-ci il
İsveç şahzadəsi eks modellə ailə həyatı qurdu. Bu toy ötən həftə dünyanın diqqətində oldu. 36 yaşlı şahzadə kral ailəsinin ikinci övladıdır. O, taxt-taca 3-cü namizəddir. Şahzadənin gənc həyat yoldaşının 30 yaşı var. Sofiya sadə ailədə doğulub böyüyüb, model kimi fəaliyyət göstərib, hətta erotik fotosessiyalarda da iştirak edib. O, təhsil üçün getdiyi Nyu Yorkda yoqa müəlliməsi, hətta ofisant da işləyib, realiti şouda çəkilib.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Keyd Midelton - 2005-ci il
Britaniya şahzadəsinin həyat yoldaşı sadə ailədə doğulub-böyüyüb. 2010-cu ildə Britaniya kraliçası II Yelizavettanın nəvəsi Uilyamla nişanlarını elan edənə kimi heç kimin diqqətini cəlb etməyib. Cütlük təhsil aldıqları universitetdə tanış olublar. Nigahları isə 2011-ci ilin aprel ayında qeydə alınıb. İndi onların iki övadı var. Kembric hersoqiniyası olan Keyt dünyanın ən tanınmış simalarından, stil sahibi qadınlarından biridir.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Ciqma Kxesar Namqyal Vançuq və Cestun Pema - 2011-ci il
Butan kralı dünyanın ən gənc monarxlarından biridir. Onun seçdiyi qız isə pilot ailəsində doğulub. 31 yaşlı monarx ilə 21 yaşlı tələbə Pemanın nigahı da buddist məbədində ən qədim ənənələrə əsasən baş tutub.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Şarlen Uitstok - 2011-ci il
Monako knyazı II Albert Cənubi Afrikadan olan idmançı ilə ailə quranda onlar haqqında çox şayiələr yayılmışdı. Lakin bütün qalmaqallar onların xoşbəxt ailəsinə mane ola bilmədi. İndi cütülük əkiz övladları ilə birlikdə yaşayırlar.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Elizabet Mariya Rosbox - 2015-ci il
29 yaşlı belçikalı şahzadə Amedeo italiyalı jurnalist Elizavet Mariya ilə 2014-cü ildə ailə qurub. Bu zamana kimi o bir kanalın sadə bir əməkdaşı idi. Lakin şahzadə ilə tanışlıq gənc qızın həyatını tamamilə dəyişdi. Toy zəngin gəlinin vətəni olan Romada baş tutub. Şahzadə Almedo taxt tacın sayca 6-cı varisidir. Qızın atası və anası da prodüsserdir.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Niderland şahzadəsi Uilyam Aleksander və Maksima Sorreqeta - 2002-ci il
Toyları olanda şahzadənin 34, gəlinin isə 30 yaşı olub. Toydan sonra Maksima şahzadə titulu alıb. O, əslən Argentinadandır. Hollandiya rəhbərliyi gəlinin atasının nigahda iştirakının əleyhinə olublar. Buna səbəb isə onun diktator general Xorxe Videlinin zamanında iki il kənd təsərrüfatı naziri olması olub.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Letisiya Ortis - 2003-cü il
Hazırda İspaniyada kral olan 38 yaşlı Felip 31 yaşlı jurnalist Letisiya ilə ailə qurub. O, sarayda kral ailəsinə məxsus olmayan yeganə gəlindir. Bu həm də Letisiyanın ikinci evliliyi olub. İlk evlilik vətəndaş nigahı olduğu üçün katolik kilsəsi onun kral ailəsinə daxil olmasına mane olmayıb.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Şahzadə Federik və Meri Elizabet Donaldson
Danimarka taxt tacının varisi və avstraliyalı müəllimə 2004-cü iləd ailə qurublar. Şahzadə öz həyat yoldaşı ilə Sidneydə keçeirilən Olimpiya oyunları zamanı tanış olub. Şahzadə Tasmaniya adasında riyaziyyatçı ailəsində doğulub. Kral ailəsinə gəlin olmaq üçün o həm Avstraliya, həm də Britaniya vətəndaşlığından imtina etməli olub.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Əl Mustadi Bill Bolkiah və Sara Saleh
17 yaşlı gəlinlə Bruney sultanının varisi 2004-cü ildə ailə qurub. Bu toy əsrin toyu adlandırılırdı. Nigahdan sonra onlar şəhər mərkəzində qızıldan olan "Rolls Royce" ilə gəziblər. Onları 100 limuzin müşayiət edib.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)

Şahzadə Liu və Tessi Antoni
Lüksemburq hersoqunun üçüncü oğlu 2006-cı ildə hərbçi Tessi Antoni ilə ailə qurub. Bu seçimlə o öz taxt tac hüququndan imtina edib. O zaman 20 yaşında olan gənclər kral ailəsini ilk nəvə ilə də sevindirənlərdən olublar.
Zəmanəmizin "Zoluşkalar"ı (FOTO)