Moskva. Fərid Əkbərov – APA. “Kiyevlə Donbas arasında birbaşa dialoq qurulmalıdır”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
O bildirib ki, Kiyev və Donbas nümayəndələri arasında birbaşa dialoq mövcud problemlərin həlli üçün lazımdır.
S. Lavrov qeyd edib ki, buna bütün formatlarda keçirilən danışıqlar kömək etməlidir.