Bakı-2015: Suyatullanma yarışlarında Azərbaycan idmançıları 8-ci və 11-ci yeri tutub

21:42 18 İyun 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

[ 18 İyun 2015 21:40 ]

Bakı-APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarında suyatullanma yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, Bakı Su İdmanı Mərkəzində 2 dəst medalın sahibi müəyyənləşib.

 

Kişilər 1 metrlik tramplində, qadınlar isə platformada çıxış edib. Əvvəl təsnifat mərhələsi baş tutacaq yarış finalla yekunlaşdırıblar.

 

Tramplində çıxış edən 30 idmançı arasında Azərbaycan suyatullananı da qüvvəsini sınayıb. Artyom Danilov təsnifat mərhələsində 10 cəhddə 427,70 xal toplayıb. İdmançımız bu nəticə ilə 11-ci yeri tutub. Bununla da təmsilçimiz final mərhələsinə yüksəlib. Belə ki. mükafatlar uğrunda mübarizəni ilk 12 pilləni tutan idmançılar bu gün final mərhələsində qüvvəsini sınayır.

 

Həlledici mərhələnin 5 cəhdində 455,15 xal əldə edən Danilov 8-ci yeri tutub. Qalib adına isə 543,80 xal toplayan rusiyalı Nikita Şleyxer yiyələnib. Onun həmyerlisi İlya Molçanov 512,20 xalla 2-ci, böyük britaniyalı Ceyms Hitli 483,40 xalla 3-cü olub.

 

Qadınların yarışında 24 idmançı mübarizəyə başlayıb. Azərbaycanın yeganə təmsilçisi Olqa Bıkovskaya 8 cəhddə 323,30 xal toplayaraq, 11-ci olub. Bununla da o, final mərhələsində iştirak etmək hüququ qazanıb.

 

12 idmançının qatıldığı həlledici mərhələdə 305,75 xal yığıb. Bu nəticə ilə təmsilçimiz 11-ci olub. Çempion adına isə böyük britaniyalı Luis Toulson yiyələnib – 456,70. Rusiyalı Anna Çuynişina 429,15, almaniyalı Elena Uassen 410,40 xalla ilk “üçlüy”ə düşüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR