Vüqarla Rəşad "gəmiçi" oldu

Vüqarla Rəşad "gəmiçi" oldu
23:11 18 İyun 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"dan ayrılan Vüqar Nadirovun yeni klubu məlum olub.

ANS PRESS-in məlumatına görə, məşhur "17" nömrə "Xəzər Lənkəran"la anlaşıb.

Vüqar artıq bir dəfə "ağ-yaşıl" formanı geyinib. Belə ki, 2005-ci ildən 2007-ci ilə kimi Lənkəranda oynayan Nadirov 48 oyunda 5 qola imza atıb. Onun bu dəfəki müqaviləsinin müddəti 1,5 il müddətinə nəzərdə tutulub.

Vüqarla yanaşı, Rəşad Eyyubov da yeni mövsümdən "Xəzər Lənkəran"ın şərəfini qoruyacaq. "Simurq"un keçmiş üzvüylə bütün məsələlərdə artıq razılığa gəlinib. Yaxın günlərdə Vaqif Cavadovla da danışıqların yekunlaşacağı gözlənilir. Eyni zamanda 1 legioner futbolçunun da keçidinin təlim-məşq toplanışı başlayana kimi yekunlaşacağı haqda məlumatlar var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR