“Sizləri sevindirəcəyimə söz vermişdim...” - qızıl medalçımız

“Sizləri sevindirəcəyimə söz vermişdim...” - qızıl medalçımız
23:49 18 İyun 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani çempionluq sevincini bölüşüb. Bakı-2015 Avropa Oyunlarında 80 kq çəki dərəcəsində rəqib tanımayan 24 yaşlı idmançı apasport.az saytına açıqlamasında fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün özünü xoşbəxt saydığını bildirib.

 

O bildirib ki, yarışdan öncə verdiyi sözü yerinə yetirib: “Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm”.

 

Qeyd edək ki, Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb rəqibinə 9:4 hesabı ilə məğlub edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR