İspanların ümidi Bakıya gəlir

İspanların ümidi Bakıya gəlir
02:36 19 İyun 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının badminton yarışlarında iştirak edəcək İspaniya millisi bu gün paytaxtımıza gəlir.

ANS PRESS-in məlumatına görə, 4 idmançı ilə təmsil olunacaq ispanlar iyunun 22-də start götürəcək badminton yarışlarında iştirak edəcəklər.

Kişilərin şəxsi yarışında bu ölkəni Pablo Abian təmsil edəcək. Üçqat İspaniya çempionu olan 30 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının iştirakçısı olub.

Qadınların şəxsi yarışında isə İspaniyanı 17 yaşlı Klara Azurmendi təmsil edəcək. O, İspaniya badmintonunun perspektivli idmançısıdır.

Qadınlar arasında cütlüklərin yarışında isə İspaniyadan Haide Oxeda - Laura Molina cütlüyü mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR