"Bakı-2015": Voleybolçularımız 1/8 finala çıxa biləcək? - YENİLƏNİR

"Bakı-2015": Voleybolçularımız 1/8 finala çıxa biləcək? -   YENİLƏNİR
09:37 19 İyun 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçiriləcək. Fanat.az xəbər verir ki, kişilər qrup mərhələsinin sonuncu turuna çıxacaq. 
 
Kişilərin yarışında təmsilçilərimiz Bernardo Romano və Leonid Qritsay A qrupunun lideri olan italyanlarla üz-üzə gələcək. H qrupunda iştirak edən digər yığmamız Neylton Santos - Yaroslav Rudik cütlüyü də liderə qarşı mübarizə aparacaq. Onların rəqibi isveçrəli voleybolçular olacaq.
 
Kişilərin yarışında qrupu lider kimi tamamlayacaq komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar. Qrupları 2-3-cü sırada bitirəcək kollektivlər isə pley-offda üz-üzə gələcəklər və bu mərhələnin qalibləri mübarizəni 1/8 finaldan davam etdirəcəklər. Pley-off oyunları bu gün saat 19:00-dan başlayacaq.
 
Qadınlar yarışında 1/4 final mərhələsi keçiriləcək. Azərbaycanın heç bir təmsilçisi bu mərhələyə qədər irəliləyə bilmədiyindən, medal şansımız qalmayıb.
 
Çimərlik voleybolu
19 iyun
 
Kişilər, III tur
A qrupu
13:00. Bernardo Romano/Leonid Qritsay (Azərbaycan) - Aleks Rangieri/Enriko Rossi (İtaliya)
13:00. Morten Kvamsdal/Oevind Hordvik (Norveç) - Lukas Kazdailis/Arnas Rumseviçyus (Litva)

B qrupu
11:00. Maçey Rudol/Maçey Kosyak (Polşa) - Fransisko Tomas Kuadrado/Sezar Menendes Orteqa (İspaniya)
11:00. Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna)

C qrupu
10:00. Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan)
10:00. Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) - Yaroslav Qordeyev/Vladislav Yemelyançuk (Ukrayna)

D qrupu
11:00. Martins Plavins/Haralds Reqza (Latviya) - Peter Eqlser/Daniel Mullner (Avstriya)
11:00. Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - Pekka Pippo/Yurki Nurminen (Finlandiya)

E qrupu
10:00. Steven van de Velde/Maykl van Dorsten (Hollandiya) - Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə)
10:00. Sean Faiqa/Ariel Hilman (İsrail) - Premisl Kubala/Yan Hadrava (Çexiya)

F qrupu
13:00. Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa)
13:00. Peter Kildeqard/Kristoffer Abell (Danimarka) - Engin Özbək/Hakan Göktepe (Türkiyə)

G qrupu
12:00. Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya) - Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya)
12:00. Kris Qreqori/Jak Şif (Böyük Britaniya) - Kristo Kollo/Rivo Vesik (Estoniya)

H qrupu
12:00. Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) - Marko Krattiger/Sebastian Çevallier (İsveçrə)
12:00. Romain di Cantommaso/Maksim Tierçi (Fransa) - Robert Kufa/Yan Dumek (Çexiya)

Qadınlar, 1/4 final
17:00. Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Karolina Rehaçkova/Eliska Qalova (Çexiya)
17:00. Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya)
18:00. Paula Qutyerres Soria/Angela Errero Lobato (İspaniya) - Nikole Eholzer/Nina Betşart (İsveçrə)
18:00. Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - Laura Ciombini/Qiulia Toti (İtaliya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-voleybolcularmz-18-finala-cxa-bilck-t41729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR