Nazir: "Rusiya iqtisadiyyatı 2015-ci ilin IV rübündə artım tempi nümayiş etdirəcək"

Nazir: "Rusiya iqtisadiyyatı 2015-ci ilin IV rübündə artım tempi nümayiş etdirəcək"
11:52 19 İyun 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 11:49 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiya iqtisadiyyatında artım tempi 2015-ci ilin IV rübündə bərpa olunacaq.

 

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev açıqlama verib.

 

İqtisadi inkişaf nazirliyinin hesablamalarına görə, 2015-ci ilin 5 ayı ərzində ÜDM 3,2% enib.

 

"Düşünürəm ki, bu ilin II rübündə ÜDM təxminən 3,5-4% aşağı düşəcək və bu, III rübdə də davam edəcək", - deyə A. Ulyukayev bildirib.

 

Nazirin sözlərinə görə, iqtisadiyyatın durğunluğu üç rüb davam edəcək. "IV rübün əvvəlində artım baş verəcək. Növbəti ilin II rübündən başlayaraq, ÜDM-də 2% artıma nail olacağıq”, - deyə nazir bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR