Ötən il Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyaların 90%-dən çoxu səkkiz ölkənin payına düşür

13:02 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:52 ]


Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 mlrd. manat həcmində vəsait yönəldilib.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Məlumata əsasən, hesabat dövründə 13,3 mlrd. manatlıq tikinti-quraşdırma işləri görülüb. 2013-cü illə müqayisədə tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,8% artıb.

 

Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 63,9%-i, yaxud 11,2 mlrd. manat sərf olunub. Xidmət sahələri üzrə obyektlərin tikintisinə 6360,6 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 48,2%-i dövlət, 51,8%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3%-ni təşkil edib, onun 63,4%-i dövlət bölməsinin payına düşüb. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9 654 mln. manat, bank kreditləri 540,9 mln. manat, büdcə vəsaitləri 6 452,2 mln. manat, büdcədənkənar fondların vəsaitləri 324,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 566,9 mln. manat, sair vəsaitlər 77,2 mln. manat təşkil edib.

 

 

 

 

2014-cü ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 41,4%-i sənaye sahələrinin inkişafına, 20,8%-i tikintiyə, 7,4%-i istirahət, əyləncə və incəsənətə, hər birində 7,0% olmaqla nəqliyyat və anbar təsərrüfatına, dövlət idarəetməsinə, 4,9%-i ticarətə, 2,8%-i təhsilə, 2,3%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 2,1%-i səhiyyəyə, 1,7%-i kənd təsərrüfatına, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,8%-i informasiya və rabitəyə, 0,3%-i digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2%-i peşə, elmi və texniki fəaliyyətə, hər birində 0,1% olmaqla maliyyə və sığorta fəaliyyətinə, daşınmaz əmlakla əlaqədar əməliyyatlara sərf edilib.

 

2014-cü ildə neft bölməsinə 5964,2 mln. manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi 11651,6 mln. manat təşkil edib, o cümlədən 1325,7 mln. manat (ümumi sərmayənin 7,5%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 63,8%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.

 

2014-cü ildə xarici mənbələrdən əsas kapitala 4880,4 mln. manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4484,2 mln. manatı (91,9%-i) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR