x
Loading...

İki elektron xidmətin inzibati reqlamenti yenidən təsdiqlənib

İki elektron xidmətin inzibati reqlamenti yenidən təsdiqlənib
11:06 19 İyun 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan Vergilər Nazirliyinin Kollegiyası “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətlərinin inzibati reqlamentlərini yenidən təsdiqləyib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kollegiya qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan inzibati reqlamentlərin yenidən təsdiq edilməsi zərurətini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq bu barədə qərar qəbul edib.

Sözügedən qərar artıq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Reyestrdə inzibati reqlamentlərlə tanış olmaq mümkündür.

Qeyd edək ki, “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” xidməti Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir. “Fərdi sahibkarların onlayn qeydiyyatı”  xidməti vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elektron qaydada vergi uçotuna alınır.

CAHANGİR



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-37399-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR