“Threads” sosial şəbəkəsi Türkiyədə bağlandı

“Meta”nın “Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb.

Metbuat.az xəbər verir ki, aprelin 15-də sosial şəbəkə öz istifadəçilərini Türkiyə antiinhisar tənzimləyicisinin qərarı ilə aprelin 29-dan etibarən ölkədə işlərin dayandırılması barədə xəbərdar edib.

Qeyd olunub ki, istifadəçi profilləri deaktiv ediləcək, lakin onlar istənilən vaxt məlumatları yükləyə və profili silə bilərlər.

Bazar ertəsi mobil şəbəkə və ya Wi-Fi istifadə edərkən sosial şəbəkəni açmaq cəhdləri uğursuz olub. Sosial şəbəkə VPN xidmətləri vasitəsilə də açılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı