"Xəzər Lənkəran"ın futbolçusu İran klubunda

"Xəzər Lənkəran"ın futbolçusu İran klubunda
13:07 21 Yanvar 2015
220 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"dan ayrılan Fernando Qabrielin yeni klubu müəyyənləşib. Fanat.az tehrantimes.com-a istinadən хəbər verir ki, braziliyalı futbolçu "Persepolis"ə keçib.


Fernandonu komandanın baş məşqçisi Hamid Deraхşan bəyənib. Braziliyalı futbolçu artıq yeni komandasının heyətində məşqlərə başlayıb. Onunla yaхın günlərdə rəsmi müqavilə imzalanacaq.


Qeyd edək ki, "Xəzər Lənkəran" Fernando Qabrieli yayda Braziliyanın "Parana" klubundan transfer etmişdi. 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada 1 oyun keçirib və 3 qol vurub. "Xəzər Lənkəran" ona azad agent statusu verib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR