19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Çimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirinin qalibi olub. Fanat.az xəbətr verir ki, futbolçularımız bu gün turnirdə keçirdiyi son oyunda Qazaxıstan-2 komandasına 7:0 hesabı ilə qalib gəlib.
Yaiza Relea 5, Kristina Bakarandze isə 1 dəfə rəqib qapısına yol tapıb. Bir qolu qazaxıstanlı futbolçular öz qapısıdan keçirib.
Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda Qazaxıstan komandasına 2:0, ikinci qarşılaşmada isə Estoniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi.
Fanat.az