Avropa oyunlarının qalibi məzunu olduğu BDU tərəfindən mükafatlandırılıb

15:37 19 İyun 2015
67 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:34 ]


Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Bakı-2015 Avropa oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.

 

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Avropa oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisə, böyük nailiyyət və uğurdur. Bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqdadır: “Bu tarixin açılmasına və yazılmasına ölkə prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti, minlərlə könüllü Azərbaycan gənci dəstək verməkdədir”.

 

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi Ayxan Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb.

 

Rektor həmçinin Avropa oyunlarında uğurlu çıxışları ilə yaddan qalan Fəridə Abiyevanın  5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq, gələcək oyunlarında qələbə arzulayıb.

 

Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.

 

Ayxan Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR