Bakıda "Ağ şəhər" qarşısında qara işlər görülür. Aparılan qara işlərin nəticəsi bir müddətdən sonra, fövqəladə bir hadisə zamanı mütləq hiss ediləcək. Xətai rayon sakinləri Milli.Az-a yazır ki, Nəcəfqulu Rəfiyev küçəsində "Ağ şəhər"lə üzbəüz yaşayış binaları tikilir. Binalar bir-birinə o qədər yaxın tikilir ki, gələcəkdə qonşular bir-binə əl uzadaraq salam verəcəklər.
Binalar arasındakı məsafə ən azı 50 metr olmalıdır, lakin işbazlar qanunun tələbinə məhəl qoymayaraq özbaşınalıqlarını davam etdirirlər.
Xətai rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı davamlı zənglərimiz cavabsız qaldı.
Qurumdan ərazisində aparılan və sakinlərin iradına səbəb olan tikinti ilə bağlı münasibət gözləyirik.
Gülər
Milli.Az