"Eurovision" təmsilçimiz: "Hamıdan yorulmuşam"

"Eurovision" təmsilçimiz: "Hamıdan yorulmuşam"
17:05 19 İyun 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Hamıdan yorulmuşam. Məni ayaqda saxlayan tək vasitə işimdir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision 2011" qalibi Eldar Qasımov deyib. 

O, "ATV Maqazin"ə açıqlamasında heyvan sevgisindən bəhs edib:

"Bir neçə ay əvvəl gözəl məkanda oldum. Delfinlərlə bir yerdə üzdüm. Başa düşdüm ki, əgər sənətdə uğur qazanmasam, delfin təlimçisi olacağam. İnsanları gözəl başa düşür.

Onların adamı sağaltmaq xüsusiyyətləri də var. Delfinlərlə adam özünü rahat hiss edir. Heyvanları sevirəm. Amma saxlamıram, böyük məsuliyyətdir. Çünki mən işimlə bağlı tez-tez xarici ölkələrdə oluram. Heyvanı özümlə apara bilmərəm. Onu saxlamaq üçün başqasına da vermərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR