ANS TV-nin reytinq iradı (VİDEO)

ANS TV-nin reytinq iradı (VİDEO)
17:11 19 İyun 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

“I Avropa Oyunları yayımlananda Azərbaycandakı telekanalların reytinqi AGB reytinq şirkəti tərəfindən aşağı salınıb”. Bunu “Xəbər Sizsiniz”in aparıcısı Murad Əzimzadə öz verlişində deyib.

Verilişə qonaq olan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev məsələyə münasibət bildirib:

“Cədvəldə ayın 12-nə kimi vəziyyət normaldır. İyunun 12-dən sonra reytinq cədvəlində xarici kanalların yüksəyə qaldırılması Avropanın çağırdığı boykot kampaniyasına AGB-dəki “dostlar”ımızın xidmətidir. Onlar bu boykotda iştirak edirlər”.

Mir Şahin Ağayev AGB şirkətinə öz iradını bildirdi: “Sənə kimsə tula payı atır və sən də bu payın müqabilində Azərbaycan kanallarının başını aşağı salırsan və xarici kanalları qalıdırırsan. Guya ki, tamaşaçılarımız bu kanallara baxmır? Amma əslində hər kəs elə Azərbaycan kanallarından izləyir oyunları”.

Mir Şahin Ağayevin fikrincə, reytinqin təhlükəsizliyi yüksək səviyyədə qorunmalıdır. Bunun üçün isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin peşəkarları tərəfəfindən daha bir “qara kəmər” əməliyyatı keçiriməlidir. Çünki bu birbaşa Azərbaycan dövlətinə qarşı təxribatdır.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR