Azərbaycan komandası aktivinə 13-cü qızıl medalı yazdıBu qələbənin müəllifi taekvondoçu Radik İsayevdir

22:43 19 İyun 2015
40 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan idmançıları “Bakı-2015”-də qızıl medallarının sayını 13-ə çatdırdılar.
AZƏRTAC xəbər verir ki, növbəti qızıl medalı taekvondoçumuz Radik İsayev qazandı.
Səksən kiloqramdan yuxarı çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan taekvondoçusu Radik İsayev rusiyalı Vladislav Larini 4:3 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Yarışda dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulan Radik İsayev həlledici qarşılaşmaya gedən yolda niderlandlı Yeroen Vanroiyu və sloveniyalı İvan Konrad Trajkoviçi mübarizədən kənarlaşdırıb.
AZƏRTAC-ın arayışı: Radik İsayevin 25 yaşı var. Onun istedadı beynəlxalq turnirlərin birində üzə çıxıb və Azərbaycan milli komandasına dəvət olunub.
O, 2013-cü ildə dünya çempionatında üçüncü yeri tutub. Bir il sonra isə Bakıda keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.
R.İsayev iki qız atasıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_komandasi_aktivine_13_cu_qizil_medali_yazdiBu_qelebenin_muellifi_taekvondochu_Radik_Isayevdir-865461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR