“Bakı-2015”-in beynəlxalq idman elçisi Dmitri Ovçarov birinci Avropa Oyunlarının qalibi olub

“Bakı-2015”-in beynəlxalq idman elçisi Dmitri Ovçarov birinci Avropa Oyunlarının qalibi olub
23:28 19 İyun 2015
60 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının stolüstü tennis yarışının fərdi növ üzrə qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, səhər sessiyasının birinci yarısında kişi və qadın stolüstü tennisçiləri finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.
İlk yarımfinal görüşündə Li Jie (Niderland) slovakiyalı Eva Odorova üzərində 4:0 hesabı ilə qələbə qazanıb. Yarımfinalın digər görüşündə Niderlandın daha bir təmsilçisi Jiao Li türkiyəli Mələk Hunu 4:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə komanda yoldaşını 4:0 hesabı ilə məğlub edən Jiao Li birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Bürünc medal uğrunda görüşdə isə Mələk Hu Eva Odorovadan üstün olub.
Kişilər arasında yarışın yarımfinalında isə “Bakı-2015”-in beynəlxalq idman elçisi, “London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısı Dmitri Ovçarov (Almaniya) Pol Drinkhola (Böyük Britaniya) 4:2, belaruslu Vladimir Samsonov isə Ukrayna tennisçisi Ley Kouya 4:1 hesabı ilə qalib gələrək finala adlayıblar. Qızıl medal uğrunda görüşdə 4:3 hesabı ilə qalib gələn Dmitri Ovçarov birinci Avropa Oyunlarının qızıl medalını qazanıb. Üçüncü yer uğrunda görüşdə Pol Drinkholu 4:2 hesabı ilə məğlub edən Ley Kou “Bakı-2015”-in bürünc medalı ilə kifayətlənib.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_in_beynelxalq_idman_elchisi_Dmitri_Ovcharov_birinci_Avropa_Oyunlarinin_qalibi_olub-865481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR