İngiltərə futbolunda böyük qalmaqal - FOTO

İngiltərə futbolunda böyük qalmaqal - FOTO
12:27 20 İyun 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin U-21 futbol yığması ilə bağlı böyük qalmaqal yaranıb. Komandanın heyətindəki futbolçular arasında irqi və dini zəmində kəskin ayrı-seçkiliyin olduğu aşkarlanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, komandanın heyətindəki qaradərili və ağdərili futbolçular arasında, sanki, "divar" var. Onlar məşqdə, naharda, istirahətdə dərilərinin rənginə, dini mənsubiyyətlərinə görə qruplaşırlar.

Qaradərililər ayrı, ağdərililər ayrı - xristianlar ayrı, müsəlmanlar ayrı.
Komandadakı belə biabırçı durumla bağlı İngiltərənin Futbol Assosiasiyası (FA) araşdırmalara başlayıb.
FA durumu "rüsvayçılıq, yolverilməz hal" kimi dəyərləndirib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR