"Nigar modellə eşq yaşayır" - Türkiyə mediası

"Nigar modellə eşq yaşayır" -  Türkiyə mediası
13:56 20 İyun 2015
229 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə mediası “Eurovision 2011” qalibi Nigar Camaldan yazıb.

Axşam.az-ın məlumatına görə, xəbərdə müğənninin model Boğaç Aksoyla eşq yaşadığı iddia olunub:

“Azərbaycanlı müğənni Nigar Camal model Buğa Aksoyla Bodrumda bir araya gəlib. Cütlük gecə boyunca səmimi şəkildə əylənib”.

N.Camal modellə sevgili münasibətləri olması xəbərini yalanlayıb:

“Bu nədir? Mən heç onu tanımıram ki... Beş dəqiqə söhbət etdik. Keçən həftə Berksanla, bu dəfə Boğaçla adım çıxdı. Görəsən, gələn həftə kim olacaq? İndi yanımda dayanacaq hər kəslə eşq yaşayıram? Camaatın işi-gücü yoxdur. Bir dəqiqəlik söhbət zamanı çəkilən fotomdan eşq xəbəri düzəldilməsinə üzüldüm”.

Qeyd edək ki, N.Camal hazırda Bodrumda müğənni Hande Yenerin “Sebastian” adlı istirahət mərkəzində dincəlir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR