Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibətləri var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu V.Putin jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, bəzən gecə saatlarınadək yatmır və ailəsi ilə danışır: "Şəxsi həyatımda gələcəklə bağlı planlarım var, lakin mən qaydasındayam".

V.Putin həyat yoldaşından 2013-cü ildə boşandığını elan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az