Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Türkiyənin Mardin şəhərindədir.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, suriyalı və iraqlı qaçqınlarla görüşmək üçün qardaş ölkədə səfərdə olan aktrisa qızı Şilohu da özü ilə aparıb. Xüsusi təyyarəsi ilə Mardinə yollanan Coli üçün güclü təhlükəsizlik tədbirləri görülüb.
Zirehli maşınlarla qaldığı otelə aparılan Hollivud ulduzu qızı ilə Mardini gəzib.