Çempionlar Liqasının finalı Bakıda? (RƏYLƏR)

Çempionlar Liqasının finalı Bakıda? (RƏYLƏR)
15:21 20 İyun 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol üzrə Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov da təsdiqləyib. Mövzu ilə bağlı ANS PRESS futbol mütəxəssisləri ilə əlaqə saxlayaraq, bu finalın Bakıda keçirilməsinin futbolumuza və ölkəmizə müsbət tərəflərindən, o cümlədən, finalın keçiriləcəyi arenalar haqqında söhbət edib.

Futbol mütəxəssisi Şahin Diniyev bildirib ki, belə bir mötəbər turnirin final görüşünün Bakıda keçirilməsi böyük hadisə olar: “4 əsas futbol turniri var: Dünya və Avropa çempionatı ilə bərabər Çempionlar Liqası, həmçinin Avropa Liqası. Nə xoşdur ki, bizə Çempionlar Liqası və Avropa Liqasının final oyununa ev sahibi etməyə namizədik. Artıq Baku-2015 də öz adımızı Avropaya yetəri qədər tanıtmışıq. Finalın Bakıda keçirilməsi ölkə futbolunun inkişafına daha da yardımçı olacaq. Bu hadisə bizi Avropaya daha da yaxınlaşdıracaq”.

Diniyev daha sonra finalın keçiriləcəyi arenalardan da söz açıb: “Çempionlar Liqasının finalının keçiriləcəyi arenaya gəldikdə isə çox uzağa getməyə dəyməz. Regionun ən böyük stadionu bizdədir. Finalın burada keçirilməsi daha realdır. Amma, Olimpiya stadionunda milli komanda səviyyəsində, ya da Avrokubok oyunlarında klublarımız burada oyun keçirilməlidir”.

Digər futbol mütəxəssisi Ağasəlim Mircavadov da həmkarı ilə eyni fikrdədir: “Belə turnirin finalının Bakıda keçirilməsi yaxşı haldır. Avropa oyunlar, İslam oyunları, Avropa çempionatının 4 oyunudan sonra Çempionlar Liqasının finalınında Bakıda keçirilməsinə çox sevinirəm. Ölkəmizin düzgün yolda olması buna sübutdur. Amma bir problem yarana bilər ki, bizimlə Avropa arasında 3-4 saatlıq fərq var. Bu mane ola bilər finala müəyyən qədər. Stadion məsələsinə gəldikdə isə Olimpiya stadionu hər cəhətdən bu oyunu qəbul etməyə layiqdir. Yenisinə isə ehtiyac yoxdur. Amma Avropa Çempionatı üçün yeni stadionlar tikilməlidir mütləq”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR