Məbədlər diyarı, romantik guşə - Yutlandiya

Məbədlər diyarı, romantik guşə -  Yutlandiya
15:51 20 İyun 2015
293 Şou
Ölkə mətbuatı
A- A+

Yay fəslinin gəlməsi yəqin ki, hər kəsin qəlbində istirahət ab-havası oyadır. Əsl yay istirahəti keçirtmək istəyən Yutlandiyanı seçsin. 

Axşam.az xarici mətbuata istinadən bu ölkə ilə bağlı maraqlı faktlar təqdim edir:

Yutlandiya deyəndə, ilk olaraq Andersonun nağıllar aləmini xatırlayırsan: oyuncaqlara bənzəyən balaca, rəngli evlər, mehriban və sakit insanlar. Yutlandiyanı gəzən əsl nağıllar aləminin necə olduğunu görəcək. Yutlandiya yarımadası aktiv istirahəti sevənlər üçün əsl tapıntıdır. Şimali Avropada, Baltik və Şimal dənizi arasında yerləşən Yutlandiyanın paytaxtı Danimarkanın ən böyük şəhəri Orhusdu. İki hissəyə bölünür: Şimal hissəsi Danimarkaya, Cənub hissəsi isə Almaniyaya aiddir.



Yarımadanın qərb hissəsi narın qumlu çimərliklərlə, Şərqi isə böyük yamaclarla əhatə olunub.
Yutlandiyada hava çox da soyuq olmur. Qışda orta temperatur 5-6 dərəcə olur. Burada iyun ayında da çox isti olmur. Yutlandiyanı görəndə adama elə gəlir ki, sanki göz önündə fərqli bir dünyanın qapıları açılacaq. Buraya səyahət real həyatda olduğunu sənə unutduracaq. Göydə uçan rəngli quşlar, ətrafdakı su dəyirmanı, al-əlvan güllər, balaca, taxta evlər… Yutlandiya rəssamlar üçün əsl cənnət, romantik cütlüklər üçünsə əvəzolunmaz məkandır.



Yutlandiyada bütün otellər beş və dördulduzludur. Otellərdə turistlərin istirahəti üçün lüks otaqlardan tutmuş, oyun zallarına kimi hər bir əyləncə növü var. Buranın insanları çox mehriban və sadədirlər. Yutlandiyada kimisə incitmək, acıqlı danışmaq qətiyyən olmaz. Yutlandiya təkcə su pərilərinin, Düyməciklərin vətəni deyil. Bura həm də sakit və təmkinli insanlar diyarıdır. Onlar heç vaxt heç yerə tələsmirlər. Yutlandiyalılar var-dövlət düşgünü deyillər. Yarımadada o qədər də bahalı avtomobillər, dəbdəbəli villalar yoxdur. İnsanların çoxu işə, universitetə və şəhərə gedəndə velosipetdən istifadə edirlər. Onlar üçün kasıblıq, işsizlik heç də problem deyil. Burada kimsəsiz uşaq evləri yoxdur. Küçəyə atılan körpələr həmin an hansısa bir ailəyə verilir. 18 yaşı tamam olan hər bir gənc evdən çıxıb gedir, öz həyatını azad yaşamağa başlayır. Valideynlərlə əlaqə saxlanılsa da ata-ananın ona maddi baxımdan kömək etməsi qəbuledilməzdir.

Gəzinti xəritən:

Yutlandiya dünyanın heç bir yerində rast gələ bilməyəcəyin məbədlərlə zəngindir. Məhz qeyri-adi, sirli məbədlər bu ölkənin vizit-kartı hesab edilir.



Gəzintiyə paytaxt Orhusdan başla. Orhus gəzintisi turistlər üçün əsl macəra olacaq. Şəhərin böyük hissəsini parklar təşkil edir. Şəhər dəniz və dağ arasında yerləşir. Gəzintinin ən maraqlı hissəsi Rosenholm qəsrini gəzmək olacaq.



Orhusda mütləq «Turistlər kəndi» adlandırılan Ebeltoftu da gəz. Kəndin hər tərəfində qızılgüllər bitir, evlər çiçəkli sarmaşıqlarla əhatələnib. Orhus dünyanın ən sehrli şəhəri kimi də tanınır. Buradakı hər bir məbəd qeyri-adi qüvvəyə malikdir. Orhusun ən gözəl yerlərindən biri də Den-Qamle-Byu qəsəbəsidir. Bu qəsəbəni yerli camaat «Açıq havada muzey» adlandırır. Orhusun ən gözəl parklarından biri də Dyuheravendir. Burada maralları görüb, onlara toxuna bilərsən.



Sirli aləm, mistik dünya vurğunları Skandeborqa getsinlər. Şəhərin ətrafı qoruq və meşələrlə əhatə olunub. Meşədə gözəl göllər yerləşir. Turistlər bu göldə gəzə, oranın sehrli və şəfalı suyu ilə üzünü yuya bilərlər. Deyilənə görə, bu gölün suyu bir çox xəstəliyin dərmanıdır. Arzu tutub, göldən üç dəfə su götürüb, üzünə vursan, bütün istəklərin həyata keçəcək. Əfsanələrə görə, göldə sehrli balıqlar var. İnsanların arzularını reallaşdıran da məhz elə bu balıqlardır.



Yutlandiyanın narın qumlu çimərlikləri ilə seçilən məkanı Lokkendir. Yarımadanın ən böyük tennis sahəsi məhz bu şəhərdə yerləşir. Lokkendə fərqli və yüzdən çox quş növü saxlanılan parkı da gəzə bilərsən.
Ölkənin ən qədim şəhəri Ellinqdir. Şəhərin ən gözəl yeri «Kral təpəciyidir». Buradakı daşlarda İsa Peyğəmbərin şəklini də görəcəksən. Əsl safari arzulayanlar Hivskuda getsin. Burada fərqli şir balalarını, qeyri-adi cəngəllik heyvanlarını görəcəksən.



Mərkəzi Yutlandiyanın ən böyük şəhəri hesab edilən Viborq gəzintisinə heyran qalacaqsan. 
Yutlandiyanın ən böyük şəhərlərindən biri də Koldinqdir. Yutlandiyanın ən uzun çayı olan Qudeno da məhz burada yerləşir.    

Labirint yollar

Yutlandiyanın ən gəzməli yerlərindən biri də Skaqendir. Əsl istirahət qəsəbəsi olan Skaqen «Basdırılmış məbəd» Den Tilsandede - Kirke adı ilə məşhurdur. Ətrafı qum təpələri ilə əhatələnmiş bu məbəd çox sirlidir. Deyilənə görə, burada yerin altında hələ də qədim insanlar yaşayırlar. Gecəyarı məbəd ətrafında gəzənlər onların səslərini eşidə bilərlər.



Burada mütləq milli parkdan «Göllər aləmi»ni də gəz. Yutlandiya gəzintisinin ən gözəl və qorxulu hissəsi qəsəbədəki əldəyməmiş Hessele parkına gəzinti olacaq. Parkda çoxlu ekzotik və dünyanın heç bir yerində rast gəlməyəcəyin bitkilər, ağaclar və güllər görəcəksən.



Dünyanın məşhur uşaqlar aləmi Leqoland də məhz Yutlandiya şəhərlərindən biri olan Billundda yerləşir. Parkın labirint yollarını keçəndən sonra qarşında fərqli bir aləmin qapıları açılacaq. Burada nağıl qəhrəmanlarını görəcək, safari-parka, qədim məbədlərə gəzintini isə heç vaxt unutmayacaqsan.
Məbədlərlə tanışlığın adi olmayacaq. Sən hətta məbədlərdə bir gecə qala, burada gerçəkləşdirilən rituallarda, keçirilən dini ayinlərdə iştirak edə bilərsən.

Sehrli muzey

Yutlandiya səyahətinin ən maraqlı və nağılvari hissəsi Fyun adasına gəzinti olacaq. İstəyənlər adada velosiped gəzintisinə də çıxa bilərlər.



Nağıllar aləmini xatırladan bu ada sanki yaşıl xalça ilə örtülüb. Hər tərəfi yaşıl otlarla və rəngarəng çiçəklərlə bol olan adada hava heç yerdə olmayan qədər təmizdir. Ətrafdan ancaq çiçək qoxusu gəlir.



Yarımadanın ən gəzməli yerlərindən biri də Silkeborqdur. Daş dövrünə aid olan əşyaları, o dövrün insanlarını görmək istəyən Silkeborqsk muzeyinə getsin. Bu muzeydə meşədən tapılan, Daş dövrünə aid olan insan cəsədi saxlanılır. Bu cəsədin 2200 yaşı var.



Burada həmçinin 210-cu ildə ölmüş qadının mumiyalanmış meyidi də saxlanılır. Onlara baxanda adamı vahimə bürüyür. Deyilənə görə, bu meyidlərin ruhu hələ də muzeydə dolaşır. Gecəyarı muzeydən eşidilən qəribə səslər, taqqıltılar buna sübutdur. Ona görə də insanlar hava qaralandan sonra muzeyə girməyə qorxurlar.



Vindserfinq, sörfinq, frirayd sevənlər yarımadanın qərb hissəsinə getsin. Burada bütün su idman növlərini görəcəksən.



Yarımadanın ən gözəl yerlərindən biri də Olborqdur. Yutlandiyaya gələn turistlərin əksəriyyəti ilk növbədə bu şəhəri gəzir. Şəhər qəribə məbədləri ilə məşhurdur.
 


Ekstrim vurğunları Olbors qəsrini gəzsin. Ürəyi zəif olanlara bu qəsri gəzməyə icazə verilmir. Olborqun sehrli yerlərindən biri də Yensa Banqanın evidir. Burada hər gecəyarısından sonra qəribə hadisələr baş verir. Yerli insanların dediyinə görə, evin zirzəmisində ruhlar yaşayır. Dəfələrlə olub ki, burada şəkil çəkdirənlər sonradan rəsmdə arxada başqa insanın olduğunu görüb.


Mətbəx:

Burada əsasən Danimarka mətbəxi üstünlük təşkil edir. Yerli camaat səhər yeməyində ancaq «smorrebrod» yeyir. Ət tikələri, balıq və pendirdən ibarət olub, yağda bişirilən bu çörəyin qeyri-adi dadı var. Onu mütləq süfrə arxasında oturub, çəngəl - bıçaqla yemək lazımdır. İstəyənlər isə fərqli balıqların, ətin, isti yeməklərin, pendirlərin və konfetlərin olduğu «koldt bord» səhər yeməyini seçə bilər.



Yeməklərin əksəriyyəti malyuskadan hazırlanır. Qaymaqdan və giləmeyvələrdən hazırlanan milli yemək «red-qrez-mez-fleze»nin dadından doymayacaqsan. Yutlandiya mətbəxi nağıllardakı aləmi xatırladır. Burada 500 növ kartof və balıq yeməkləri var. Ən dadlı yeməklərdən biri də qırmızı kələm və balıqdan hazırlanan «raqu»dur. Tərəvəzlərdən və qaban ətindən hazırlanan «şpik»inin dadı damağından getməyəcək.
Yolun yarımadaya düşsə, mütləq buranın fərqli dadı olan Yutlandiya kofesindən iç. Ən məşhur içkiləri akvavitdir.
Restorana gedəndə sifarişini ofisiantlara tez-tez xatırlatmalısan. Yoxsa yadlarından çıxır.

Alış-veriş:

Mağazalar saat 7-dən sonra bağlanır. Şənbə-bazar günləri isə saat 15.00-dan sonra heç bir mağaza işləmir. Yutlandiya alış-veriş üçün əla məkandır. Burada istədiyin brendlərin geyimlərini tapa bilərsən. Mağazalarda satılan suvenirlərə isə dünyanın heç bir yerində rast gəlməyəcəyinə əmin ola bilərsən. Buradan uşaqlar üçün gözəl oyuncaqlar tapacaqsan. Hər il iyun ayının son şənbə-bazar günündə Orhusda böyük yarmarka təşkil olunur. Bu yarmarkada bahalı brendlərin mallarını ən ucuz qiymətə ala bilərsən. Burada turistlərə həmçinin milli mətbəxin ən ləziz yeməklərini dadmaq imkanı da verilir. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı