“Art Villa” qalereyasında “Düha” adlı portretlər sərgisi açılacaq

“Art Villa” qalereyasında “Düha” adlı portretlər sərgisi açılacaq
17:28 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
İyunun 30-da “Art Villa” qalereyasında Rəsul Həsənovun foto-illüstrasiya üslubunda hazırladığı “Düha” adlı portretlər sərgisi açılacaq.
Sərginin kuratoru Fəridə Qarayeva AZƏRTAC-a bildirib ki, tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin yer aldığı bu layihədə portretlərlə yanaşı, obrazlar da nümayiş etdiriləcək.
Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilib.
“Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən keçiriləcək sərgi iki gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Art_Villa_qalereyasinda_Duha_adli_portretler_sergisi_achilacaq-865688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR